Əməkdar artistə qarşı təxribat

Əməkdar artistə qarşı təxribat
1346 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nüşabə Ələsgərlinin adından “Facebook”da saxta profil açılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə “Günəbaxan” verilişində məlumat verib:

“Mənim adımdan başqa insanlara ağıl, məsləhət verirlər. Hətta tanınmışlara da nələrsə yazırlar. Onlar da qıcıqlanıb ünvanıma xoşagəlməz sözlər deyirlər. Heç tanımadığım, salam vermədiyim insana adımdan sözlər yazırlar. Öz səhifəm var. Amma mən tanımadıqlarıma yazmıram”.