Nisə Qasımova köməkçilərini qovub

Nisə Qasımova köməkçilərini qovub
1482 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nisə Qasımova evindəki köməkçiləri tez-tez dəyişmək məcburiyyətində qalır.

Axşam.az-ın məlumatına görə, müğənni bunun səbəbini “Düzünü desək” verilişində açıqlayıb:

“Bu günə kimi ən az üç köməkçi işdən çıxarmışam. Bir köməkçini əliəyriliyinə görə qovmuşam. Biri bu otaqdan o biri otağa xəbər daşıyıb, evdə söz-söhbət yaradıb. Digəri isə təmizkar deyildi. Buna görə də, işdən çıxardım. İndi dördüncü köməkçimlə işləyirəm. Nəticədə qərara gəldim ki, 1 ay sınaq müddəti olsun. Məvacib almadan çalışsın, xasiyyətinə bələd olum, sonra qərar verim: qalsın, yoxsa getsin?. Hazırki köməkçimdən razıyam".