Günelin atası ürəyindən əməliyyat olundu

Günelin atası ürəyindən əməliyyat olundu
2859 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın atası, musiqiçi Rəhman Zeynalovun xəstəxanaya aparılması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, R.Zeynalov ürəyindən əməliyyat olunub. Bu haqda İnstaqramda yazan Günel atasının ürəyinə stend qoyulduğunu bildirib:

“Çox şükür, atam əməliyyatdan çıxdı. Sevənlərim, dualarınız üçün Allah razı olsun. Ailəmizin dəyərini bilək. Atamın ürəyinə stend taxılıb. İnşallah, daha yaxşı olacaq”.

Qeyd edək ki, ifaçının qardaşı Tunar Rəhmanoğlu əməkdaşımızla söhbətində atasının gecəyarısı qəfildən halının pisləşdiyini və onu xəstəxanaya apardıqlarını deyib.