Anası Səidədən danışdı

Anası Səidədən danışdı
3438 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Səidə Sultanın anası övladlarından bəhs edib.

Axşam.az-ın məlumatına görə, ifaçının anası “Star life” verilişinə açıqlamasında qızlarının ailə şəxsi həyatlarına qarışmadığını deyib:

“Üç qız övladım var. Onların heç birinə yol göstərməmişəm. Deyirəm ki, seçimi özünüz edin. Mən onların ailə qurma məsələlərinə qarışmıram. Qızlarımın elə xasiyyəti var ki, sonra nəsə yaxşı olmasa məni günahlandıracaqlar”.

Hər zaman “Koroğlu” kimi oğlan arzulayan S.Sultan istədiyinə nail olub:

“Belə birin tapmışam. Axır ki, istədiyim kimi kişiyə rast gəldim”.