Abramoviçin ödədiyi hesab hər kəsi təəccübləndirdi

Abramoviçin ödədiyi hesab hər kəsi təəccübləndirdi
1713 dəfə oxunub
  • A-
  • A
  • A+
İki böyük yaxtası ilə Marmarada tətildə olan rusiyalı milyarder Roman Abramoviçin kafelərin birində nahar etdikdən sonra ödədiyi hesab hər kəsi təəccübləndirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin futbol klubu “Çelsi”nin sahibi olan R.Abramoviç Səlimiyyə məhəlləsində 4 mühafizəçinin müşayiəti ilə velosiped sürdükdən sonra dəniz kənarındakı kafelərdən birində xaşxaşlı, südlü şirniyyat yeyərək, ayran və çay içib.
 
Bir qədər təbiət mənzərəsini seyr edən iş adamı kafenin sahibi Zeynəb Aylin Bursalının hesabı almaq istəməməsinə baxmayaraq, ona 20 lirə (təxminən 7 manat) pul verib. Roman Abramoviç daha sonra Bodruma yollanıb.