Günaydan etiraf: “Üzümü güldürənim var”

Günaydan etiraf: “Üzümü güldürənim var”
3022 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli şəxsi həyatı ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi həyatında birinin olduğunu bildirib. O, “Sevgilin var” sualına belə cavab verib:

“Üzümü güldürənim var. Şəxsi həyatımla bağlı çox danışmayacam. Hazırda mənə efirdən baxır. Hər şey yaxşıdır. Sağ əlim olmayanların başına”.

Yeniliklərindən danışan G.İbrahimli Bakı haqqında mahnı oxuyacaq:

“İlk dəfədir ki, bu tərzdə mahnı səsləndirəcəm. Ona klip də çəkdirməyi düşünürəm”.