Məşhur amerikalı milyarder Donal Trampın qızı, iş qadını və model İvanka Tramp Bakıdadır.
Axşam.az-ın məlumatına görə, İvanka bu haqda İnstaqram səhifəsində yazıb. O, şəhərdə çəkdiyi videonu paylaşaraq, bunları qeyd edib:
“Mən Bakıdayam. Azərbaycan... Gəlişimin səbəbini gələn həftə açıqlayacam. Bu isə mənim eyvanımdan şəhər görüntüsüdür. Qonaqpərvərliyiniz üçün sağ olun! Tezliklə geri qayıdacam”.