Elza sevənlərə qarğış etdi: “Canları çıxsın”

Elza sevənlərə qarğış etdi: “Canları çıxsın”
4356 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Canları çıxsın” adlanan şeirini sevənlərə həsr etdiyini bildirib:

“Həyatda heç vaxt qarğış etməmişəm. Bəzən əsəbləşib qarğış etsəm də, sonra Allahdan üzr istəmişəm. Bu şeirimdə də xoş qarğış var. Son vaxtlar şeirlərimi qınağa çeviriblər. Demirəm ki, mən peşəkar şairəyəm. Sadəcə ürəyimdən gəlir, cızma-qara edirəm”.

Sev məni,sevəcəm səni
Öp məni, öpəcəm səni..
Ancaq səni..!?
Elə bilmə ki, qəlbimdəki bütün arzularımı
Gerçəkləşdirən sənsən
Sən...!?
Və düşünmə ki, içindəki
Bütün istəklərini yerinə yetirən mən olacam.
Mən...!?
Mən, mən, mən...!?
Sən, sən, sən...!?
Axı nə qədər olacaq
Mən-sənlər...???!
Olmasınlar..??!
Aşiqlər baxçasında açan yasəmənlər
Yolunu gözləyənlər üçün
Açıldılar…
Həsrətində olanlar üçün
Pöhrələndilər...
Açılmasınlar...???!
Onların mən-sənləri olmadı...!
Bir əldə qırıldılar...
Bir qucağa atıldılar
Sarıldılar,
Öpüşdülər.
Qovuşdular,
Öldülər..!!!
Hhhhhhhh...
Aman Allah.....
Bu şərəfli ölüm
Kimə qismət?
Ya qismət....
Kim istəməz..?
Belə ölsün?
Belə olsun?
Ölməsinlər...???
Ölsünlər, canları çıxsın
Bir-biri üçün ölənlər
Bir qucaqda
Bir ocaqda
Bir yataqda ölsünlər onları, görüm...!
Nənəm, babam kimi ölsünlər....!
Olun!
Ölün..!
Ölüüüün..!