Müğənni Vasif Məhərrəmli Oktay adlı yoxsul bir kişini himayəsinə götürüb.
Axşam.az-ın məlumatına görə, bu haqda “Gün üzü” verilişində deyilib. Oktay həyat yoldaşı, dörd övladı və evi olmasına baxmayaraq, sahibsiz qalıb. Proqramın qonağı olan sənətçi bunları söyləyib:
“Zülfiyyə xanım (aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, vəkil Zülfiyyə Bayramova – red.) bu işdə mənə kömək oldu. Valideyn necə olursa-olsun – istər əlil, psixi problemli olsun fərq etməz, müqəddəsdir. Onları çiynimizdə daşımalıyıq. Bu saat atamı axtarıram ki, boynumda gəzdirim. Mən ziyalı ailəsində doğulmuşam. Amma həyata özüm atıldım, ayaqlarımın üstündə dayandım. Hamının şansı gətirmir, valideyni nazir olmur. Sürücü, fəhlə atadan utanmaq olmaz. Oktaya yardım əlimi uzadıram. Əlimdən gələni edəcəm”.