Cennifer Lopezin 22 milyonluq yeni evi – fotolar

Cennifer Lopezin 22 milyonluq yeni evi – fotolar
3320 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı müğənni Cennifer Lopez özünə 22 milyon dollara ev alıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 4 yataq odası, 6 hamamı olan ev Manhettendəki binalardan birində yerləşir.
 
Həmin binada ümumilikdə 4 mənzil var. Orada xüsusi mühafizəçilər tərəfindən qorunan fitnes salon və şifrəli lift də sakinlərin xidmətindədir.

Bundan sonra həmin evdə yaşayacaq C.Lopez ABŞ-ın 42-ci prezidenti Bill Klintonun qızı Çelsi Klintonla qonşudur.