“Qızımı mediadan gizlətməyi düşünmürəm”

“Qızımı mediadan gizlətməyi düşünmürəm”
3118 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaxınlarda ana olan aparıcı Lalə Əlimuxtarova qızından bəhs edib.

Axşam.az-ın məlumatına görə, aparıcı qızına dayə tutduğunu deyib:

“Qızımın bir ayı tamam olub. Artıq işlərimin başına qayıtmışam. Verilişimin çəkilişlərini edir, toylara gedirəm. Qızımı dayəsinə tapşırıram. Sakit uşaqdır. Övladımı mediadan gizlətməyi düşünmürəm. Hətta müğənnilərin çoxu onu görmək istəyir. 40 günü tamam olandan sonra qonaqlıq edib, yaxın bildiklərimi çağıracam. Qızım həm mənə, həm də atasına bənzəyir”.

L.Əlimuxtarova yaradıcılığındakı yenilikdən də bəhs edib:

“Yeni layihə təqdim edəcəkdim. Amma ana olmağa hazırlaşdığım üçün alınmadı. Layihəm qüvvədədir. Gələn mövsüm onunla efirə gələcəm”.

Qeyd edək ki, L.Əlimuxtarova qızına Melis adını qoyub.