Alman şirkəti Bakıda keçiriləcək Formula-1 haqda yazdı

Alman şirkəti Bakıda keçiriləcək Formula-1 haqda yazdı
979 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bakıda keçiriləcək “Formula 1” yarışı mühəndislik və tərtibat baxımından olduqca möhtəşəm layihədir".

Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, bu fikir 2016-cı ildə Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-pri yarışı ilə bağlı Almaniyanın “Tilke” mühəndislik və memarlıq şirkətinin saytında (www.tilke.de) yerləşdirilən yazıda qeyd olunub.

Yarışın marşrutlarını əks etdirən maraqlı fotoşəkillərin də yer aldığı yazıda bildirilir ki, Avropa Qran-prisində özündə tarixiliyi və müasirliyi əks etdirən Bakının mərkəzi küçələri gözəl ab-havaya bürünəcək. Şəhərin tarixi mərkəzi, gözəl dəniz kənarı və möhtəşəm Hökumət Evi yarışların qeyri-adi keçməsi üçün ideal mənzərə təşkil edir. Qədim qala divarlarının yanındakı dar yoxuş və sahil boyunca 2,2 kilometr uzunluğunda düz yol yarış marşrutunun özünəməxsusluğunu artırır. Uzunluğu 6 kilometr olan marşrutda 8 sağ, 12 sol döngə var. Burada avtomobillər saatda 340 kilometr sürətlə hərəkət edə biləcək.

Qeyd edilib ki, yarışın startı və finişi Hökumət evinin qarşısında olacaq. Burada, həmçinin “pit-stop” üçün qurğular, komandaların üzvləri, mətbuat nümayəndələri və tibb mərkəzi üçün yerlər yaradılacaq.

Yazı və fotoşəkillərlə aşağıdakı linklərdən tanış olmaq mümkündür.

http://www.tilke.de/en/news.html,
http://tilke.de/en/projects/racetracks/european-grand-prix-baku.html