“Süni mayalanma etdirmək istəmirəm” – İlhamə

“Süni mayalanma etdirmək istəmirəm” – İlhamə
3500 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlhamə Qasımova süni mayalanmadan bəhs edib.

Axşam.az-ın məlumatına görə, “Hələ bu harasıdır” verilişində qonaq olan sənətçi “Niyə süni mayalanma etdirmirsən” sualına belə cavab verib:

“Hələ ki, süni mayalanma etdirmək istəmirəm. Gözləyirəm, Allah məsləhət biləndə övlad qismət edəcək. Süni mayalanmanın yaxşı tərəfləri var. Yaşı ötmüş insanlar ailə quranda onlar üçün əlverişli vasitədir. Bu gün ana olmaq çətinləşib. Bunlara səbəb isə, yediyimiz hazır qidalardır. Gözəl görünən meyvələri alırıq. Gec xarab olurlar, amma tərkibində ziyanlı maddələr var. Bu da sonsuzluq yaradır”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.