Bəhram Bağırzadənin merə təklifi var

Bəhram Bağırzadənin merə təklifi var
1350 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor, rəssam, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə yeni kitab yazır.

Axşam.az-ın məlumatına görə, “Merə məktub” adlı kitab dekabrda təqdim olunacaq. Bu haqda əməkdaşımızla söhbətində B.Bağırzadə deyib:

“Kitabda Bakı merinə təkliflərim yer alır. Burada paytaxtımızda hansı muzeyləri açmaq olar, hara, kimin heykəllərinin qoyulmasından yazmışam. Bu kitab təkcə hazırkı merimizə aid deyil. Ondan sonra gələcək digər merlər də kitabdan bəhrələnə bilər. Burada Bakıda foto-muzeyin, milli mətbəximizin əks olunacağı muzeylərin açılmasını, Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasını təklif etmişəm. Bu kitabı mötəbər məmurlarımıza hədiyyə edəcəm. O, kommersiya məqsədi ilə hazırlanmır”.

B.Bağırzadə yaxın günlərdə “Planeta Parni iz Baku”nun yeni tamaşa təqdim edəcəyini də söyləyib:

“Artıq konsert hazırlıqları başlayıb, afişa hazırlanıb. Apreldə təqdim olunacaq”.

Fransada çəkildiyi reklamdan bəhs edən B.Bağırzadə onun yaxın günlərdə yayımlanacağını bildirib:

“Yüksək səviyyədə hazırlanıb. Azərbaycanda analoqu olmayan bir reklam ərsəyə gəlib. Kompüter qrafikasından istifadə edilib. Hazırda rejissorumuz Emil Quliyevlə çalışıram. Onunla da iki reklam çəkilişində olduq. Heç də fransızların yaradıcı heyətindən geri qalmır”.

Qeyd edək ki, B.Bağırzadənin “Arzularımın şəhəri” adlı kitabı Almaniya, Rusiya və İsraildə satışa çıxarılıb.