Emil qızının hansı peşə sahibi olmasını istəyir?

Emil qızının hansı peşə sahibi olmasını istəyir?
3261 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Emil Bədəlov qızından bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi övladının böyüyəndə həkim olmasını istədiyini deyib. Emil bu haqda qonaq olduğu “İncə maraqlar” verilişində danışıb. O, “Qızınız gələcəkdə ailə quranda işləməyə qoymasalar, nə edərsiniz” sualına belə cavab verib:

“Əgər mən “hə” deyib onu ərə verirəmsə, sonrasına qarışmaram. İşləyib-işləməməyinə ailəsi qərar versin. Artıq onunla bağlı hər şeyi özləri bilər. Bəzən ailədə problemlər yarana bilər ki, mən o zaman qarışaram. Amma işləməyinə heç vaxt. Buna baxmayaraq, qızımın gələcəkdə peşəkar həkim olmasını istəyərdim”.