Məşhur təşkilatçı-prodüser axtarışa verildi - Nahiddən açıqlama

Məşhur təşkilatçı-prodüser axtarışa verildi - Nahiddən açıqlama
2723 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlu yenə də pul borcunu ödəmədiyinə görə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, bu dəfə o “Proxy Travel” turizm şirkətinə külli miqdarda borcunu ödəməyib və yoxa çıxıb.

“Ucnoqta.az” –a şirkətin direktoru Elnur Mahmudzadənin verdiyi məlumata əsasən, tanınmış prodüserdən borcunu ala bilmədiklərindən hətta onu axtarışa da veriblər. Bundan başqa, digər turizm şirkətlərinə bu barədə sorğu və məlumatlar göndərilib.

Qeyd edək ki, məsələ ilə bağlı Nahid Emiloğlu ilə əlaqə saxladıq. O, “Bu haqda danışmaq istəmirəm, danışmayacam da. Nə yazırlar yazsınlar”, -deyə açıqlama verib.