Şou-biznesdəki qalmaqallar – fotolar

Şou-biznesdəki qalmaqallar – fotolar
4000 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü buraxılışında şou-biznesdəki qalmaqallar, sarı mətbuat müzakirə edilib.

Axşam.az-ın məlumatına görə, proqramın qonaqları arasında müğənni Nadir Qafarzadə, jurnalist Tahirə Məmmədqızı və Ülviyyə Alovlu yer alıb.

N.Qafarzadə haqqında yayılan şayiələrdən bəhs edib:

“Hər zaman mənim adımı qalmaqallı mövzularda hallandırırlar. Bilmirəm niyə belədir. Düzdür, özüm də açıqlamalar verirəm. Amma yalan xəbərlər də olur. Bu yaxınlarda Türkiyədə idim. Yazdılar ki, avtomobilim polis idarəsinə aparılıb. Özümə də təəccüblü gəlmişdi ki, mən heç Azərbaycanda olmaya-olmaya bu necə baş verə bilər? Bu cür hallar, əlbəttə ki, xoşagələn deyil”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.