Xoşqədəm Hidayətqızının toyundan yeni xəbər

Xoşqədəm Hidayətqızının toyundan yeni xəbər
19407 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Türkiyənin məşhur müğənnisi Doğuşla evlənməsi barədə yayılan xəbərlərin doğru və ya yalan olması ilə bağlı müxtəlif fərziyyələr var. Bu hadisə xüsusilə, sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, brifinq.com saytının əldə etdiyi görüntü isə bu toyun real olduğu haqda müəyyən təəssüratlar yaradır. Görüntüdən gəlinlik libasında olan tanınmış aparıcının ayaqqabısının altına yazdığı xanımların isimlərini səsləndirdiyi və kənardan gələn səsin məhz sözügedən müğənni Doğuşa aid olduğu müəyyən edilir. Xoşqədəm Hidayətqızının Aysər, Nərmin, Vüsalə və Sona adlı xanımların adlarını çəkir.

Qeyd edək ki, Türkiyədə toy gününə dair evlilik inancına görə, gəlin ayaqqabısının altına rəfiqələrinin adını yazır, bu adlarından hansı silinsə, onun qısa zamanda evlənəcəyinə inanılır.