Evlilik ildönümlərində and içdilər - fotolar

Evlilik ildönümlərində and içdilər - fotolar
2468 dəfə oxunub
  • A-
  • A
  • A+
Musiqi dünyasının tanınmış cütlüyü Beyons və Cey Zi ailə həyatlarının 6-cı ildönümünü qeyd ediblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Parisdə görüntülənən 33 yaşlı müğənni və 44 yaşlı reper evlilik andlarını yeniləyiblər. Bir-birlərinə ikinci dəfə “Bəli” deyən ulduzlar çox xoşbəxt olduqlarını söyləyiblər. Məlumata görə onların yenidən andiçməsi cümə günü baş tutub.

Qeyd edək ki, ‘’On The Run’’ konsert turnesi çərçivəsində bütün dünyanı gəzən cütlüyün boşanacağı barədə şayiələr yayılsa da, hər zaman birlikdə görülmələri bu xəbərləri təkzib edib. Beyons və Cey Zi hazırda 2 yaşlı qızları Blu Ayvi ilə birlikdə Parisin mühüm mərkəzlərini, muzeylərini və parklarını gəzərək dincəlirlər.