Müğənni Günay İbrahimliyə “Gün üzü” verilişində elçi düşüb.
Axşam.az-ın məlumatına görə, tamaşaçılar arasında yer alan bir xanım ifaçını çox bəyəndiyini, onu gəlini kimi görmək istədiyini bildirib:
“Günaydan çox xoşum gəlir. İstəyirəm ki, gəlinim olsun”.
Aparıcı İlqar Mikayıloğlunun “Günay belə qayınana istəyərmi” sualına müğənninin cavabı bu cür olub:
“Xanımın üzündə nur var. Qayınana-gəlin məsələsini niyə şişirdirsiniz ki? Elə qayınanalar var ki, gəlinlə çox gözəl yola gedir”.