Keyt Midlton ziyafət geyimində - fotolar

Keyt Midlton ziyafət geyimində - fotolar
2126 dəfə oxunub
  • A-
  • A
  • A+
32 yaşlı Kembric hersoginyası Keyt Midlton Londonda mühüm mərasimlərə qatılmaqda davam edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 4 aylıq hamilə olan Keyt rəhbərlik etdiyi narkotiklərlə mübarizə üzrə "Action On Addiction” təşkilatının qala-şam yeməyi gecəsinə qatılıb. Şahzadə Uilyamın xanımı gecəyə geyindiyi qara, seksual libası ilə diqqət çəkib.

Qərb mətbuatının yazdığına görə, Kembric hersoginyası daha əvvəl heç vaxt belə paltar geyinməyib. K.Midltonun libasındakı bəzi detallar ilk əvvəl gözdən qaçsa da, daha sonra onun açıq-saçıq hissələrinin bej rəngli parça ilə örtüldüyü üzə çıxıb.

Xatırladaq ki, yükək toksikozdan (həddindən çox qusma) əziyyət çəkən Keyt hamilə olduqdan sonra ilk dəfə Sinqapur prezidentinin rəsmi qarşılanma mərasimində görüntülənmişdi.