Roza Zərgərli məşhur xanəndə haqda gizli faktlar açıqlayacaq - fotolar

Roza Zərgərli məşhur xanəndə haqda gizli faktlar açıqlayacaq - fotolar
2516 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərlinin aparıcılığı ilə ATV-də yayımlanan “Bakı vaxtı ilə” verilişinin budəfəki buraxılışı mərhum muğam ifaçısı Hacıbaba Hüseynova həsr edilib.

Axşam.az-ın məlumatına görə, proqramda xanəndənin həyatı haqda indiyədək heç yerdə deyilməyən, gizli faktlar açıqlanacaq.

Verilişin qonaqları H.Hüseynovun tələbələri - Mirnazim Əsədullayev, Valeh Rəhimov və Aqil Məlikov olacaq. Proqramda, həmçinin, xanəndənin qızı olduğunu deyən Sədaqət Hüseynova da iştirak edəcək. 

Verilişə sabah saat 23:00-da baxa bilərsiniz.

Qeyd edək ki, layihənin rəhbəri Elşən Babayev, baş redaktoru Zabir Əliyev, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur.