Rəqqasə Təranə-Musa cütlüyü haqda: “Ər arvada nələr dedi...”

Rəqqasə Təranə-Musa cütlüyü haqda: “Ər arvada nələr dedi...”
6218 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva “Xəbərsizsiniz?” verilişində müğənni Musa Musayev və Təranə Qumral cütlüyünün qalmaqalından danışıb.

Axşam.az-ın məlumatına görə, rəqqasə bu cür sənət adamlarının şou-biznes nümayəndələrinin adına ləkə olduğunu deyib:

“Şou-biznes adamlarına heç kim ciddi yanaşmır. Buna da bəzi müğənnilər səbəb olub. Bir müddət əvvəl ər-arvad olan müğənnilərimiz çıxdı. Adlarını belə çəkmək istəmirəm. Ər arvada nələr dedi, arvad ərin ünvanına necə sözlər söylədi. Sonra da çıxıb barışdılar. Ayıbdır... Onlara yaşlı insanlar, uşaqlar baxır. Biabırçılıq idi. Biz efirdə çıxıb belə həyasızcasına danışsaq, hamı da bizə birtəhər baxacaq”.