“Qızımın xərçəngə qalib gələcəyinə inanıram”

“Qızımın xərçəngə qalib gələcəyinə inanıram”
4192 dəfə oxunub
  • A-
  • A
  • A+
"Yeşilçam”ın əfsanəvi siması Hülya Koçiyit müsahibələrindən birində qızı, bir vaxtlar türk filmlərinin uşaq ulduzu olmuş Gülşah Alkoçların səhhətindən danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa xərçəng xəstəliyinə tutulan övladının müalicə aldığını deyib:

“Qızımın xəstəliyi haqqında danışanda qəhər məni boğur. İnsanın övladının hələ qızdırması qalxanda özünü pis hiss edir, qaldı ki, belə bir hadisə ola... Özümü yaxşı hiss etmirəm. Gülşah kimyəvi terapeyaya başlayıb. Döş xərçənginə qalib gələn milyonlarla qadın var. Biz ona ürək-dirək verməkdən, o bizə qayğı göstərir. Analizi iki dəfə təmiz çıxmışdı, amma qızım əli ilə şişin fərqinə varmış və həkimə getmişdi. Üçüncü analizdə bu xəstəlik aşkarlandı. Qızımın xərçəngə qalib gələcəyinə inanıram. Bütün qadınlara səslənirəm: Vaxtında müayinədən keçin”.

Qeyd edək ki, Gülşah Alkoçlar bu yaxınlarda aktyor Engin Altan Düzyatanla ailə quran Nəslişah Alkoçların anasıdır.