“Soros Fondu”nun prezidenti niyə boşana bilmir?

“Soros Fondu”nun prezidenti niyə boşana bilmir?
1403 dəfə oxunub
  • A-
  • A
  • A+
Milyarder Corc Sorosun böyük oğlu, “Soros Fondu”nun prezidenti Robert Sorosun 22 illik ailə həyatından sonra 50 yaşlı xanımı Melisa Robin Şiffdən ayrılması ilə bağlı hələ bu ilin mayından xəbərlər yayılsa da, cütlüyün boşanması gecikir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bütün məsələ Melisanın Robertin var-dövlətini onun üçün əlverişli şərtlərlə bölüşdürülməsini tələb etməsindədir. Hadisənin daha bir təfərrüatı üzə çıxıb. Belə ki, M.R.Şiffdən bir oğlu və qızı olan milyarderin xanımını 37 yaşlı model-aktrisa Meredit Ostro ilə aldatdığı üzə çıxıb. Xarici media orqanları bu haqda belə yazır:

“O, Mereditlə münasibətləri aşkara çıxanda Melisa ilə boşanmaq qərarına gəldi. Hazırda Sorosla Şiffin mübahisəsinin əsas predmetini nikah müqaviləsi təşkil edir. Melissa Robertdən ayrıldıqdan sonra milyardlar qazanmaq niyyətindədir”.

Deyilənlərə görə, Corc Sorosun özü bu il 3-cü dəfə ailə qurub. 84 yaşlı milyarder özündən yaşca iki dəfə balaca iqtisadçı Tamiko Boltonla nikah bağlayıb. Toy mərasimində tanınmış simalar iştirak edib.