Müsəlmanlar üçün xüsusi telefon buraxılır

Müsəlmanlar üçün xüsusi telefon buraxılır
2185 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyada, ilk dəfə olaraq, müsəlmanlar üçün yaradılan “BQ Istanbul” mobil telefonu  noyabrın sonunda satışa buraxılacaq.  
 
Axşam.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, qurğunun yaddaşına müqəddəs Quran iki dildə - ərəb və rus dillərində dörd ən populyar tərcümələrdə daxil edilib. Rahat menyu lazımi mətni oxumaq üçün surələri sürətlə çevirməyə imkan verəcək.
 
Telefonda həmçinin namaz vaxtı səs siqnalı verən əlavə quraşdırılıb: qurğu istifadəçinin olduğu ölkə və şəhər haqqında məlumatları təhlil edir, sonra namaz vaxtını müəyyənləşdirir və gündə beş dəfə namazın başlanmasını səs siqnalı vasitəsilə xatırladır.
 
İstehsalçı şirkətdən “RİA Novosti” Agentliyinə bildiriblər ki, qurğu aşağı qiymət seqmentində olacaq ki, onu “hər bir kəs ala bilsin”.