Nəzrin Cavadzadə: “Türkiyədə istədiyimi geyinə bilmirəm” - fotolar

Nəzrin Cavadzadə: “Türkiyədə istədiyimi geyinə bilmirəm” -  fotolar
5741 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə “Hürriyət”ə müsahibə verib.
Axşam.az-ın məlumatına görə, bu yaxınlarda “Quzu” filminə görə “Qızıl portağal” mükafatına layiq görülən aktrisa uğurlarının sirlərindən, Türkiyədə qadın kimi yaşamağın çətinliklərindən danışıb. O, indiyədək çəkildiyi 9 filmdən 10 mükafat qazandığını bildirərək əldə etdiklərinin onun xasiyyətinə hər hansı təsirinin olmadığını deyib:

“Düzü, “Qızıl portağal” qazanacağımı düşünmürdüm. Çünki yaxın tarixdə bir dəfə də əldə etmişdim. Dedim, yəqin bu dəfə başqasına verərlər. Bu mükafatlar adamı sevindirir, amma eqoma heç bir təsir göstərmir. Türkiyədə səni bir gündə ucalda da bilərlər, yarım saniyə içində isə yerə batırarlar. Burada istədiyim kimi geyinə, arzuladığım rollarda çəkilə, siyasi fikirlərimi sərbəst ifadə edə bilmirəm.Türkiyə çətin ölkədir. Buna görə də, burada hamımız özümüzə senzura qoyuruq. Gecə saat 10-dan sonra küçəyə çıxanda mənə söz atırlar. Qadın olaraq yaşamaq çox çətindir”.