Yerli məşhurlar fransız ulduzla bir arada

Yerli məşhurlar fransız ulduzla bir arada
1195 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtımızın qonağı olan fransız müğənnisi Frenk Enjilo dicey Çina və müğənni Mirkamil Kamilovla işbirliyinə başlayıb.

Axşam.az-ın məlumatına görə, bu haqda “Star life” verilişinə açıqlamasında dicey deyib. O, bunun Azərbaycanın sənət aləmində bir yenilik olacağını söyləyib:

“Onun səsiylə muğam ifası və klub mahnısını sintez edəcəyik. Azərbaycanda bu günə kimi belə layihə olmayıb. Noyabrın 1-də Dubaya gedirəm. Orada klubda konsert olacaq. Mahnının təqdimatını orada edəcəm. Daha sonra Türkiyə, Rusiya və Ukraynada təqdimat keçirəcəyik. Frenk mənə yeni ideya verdi. Burada 8 məşhur iştirak edəcək. Mahnıya klip də çəkəcəyik. O, Eyfel qülləsini, biz də Azərbaycanda Qız qalasını, başqa tarixi yerlərimizi çəkib sintez edəcəyik. Mirkamillə başqa sintezlərimiz də olacaq. İlin sonuna kimi disk də işıq üzü görəcək. Burada treklər yer alacaq”.

Müğənni Mirkamil Kamilov mahnının muğam hissəsini səsləndirəcəyini deyib:

“Çina istədi ki, bu layihədə mən də olum. Muğam hissəsini səsləndirəcəm. Avropada da işıq üzü görəcək. Allah bu istedadı veribsə, niyə də etməyim. Sabah mən arenbi janrında da oxuya bilərəm”.