Təranə Qumral rəqqasə Fatiməni məhkəməyə verir

Təranə Qumral rəqqasə Fatiməni məhkəməyə verir
5733 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyevanın “Xəbərsizsinizmi” verilişində müğənni Musa Musayev və Təranə Qumral cütlüyü barədə səsləndirdiyi fikirlər onu məhkəmə qarşısına çıxaracaq.
 
Axşam.az-ın məlumatına görə, müğənni Təranə Qumral bu barədə Publika.az-a açıqlama verərək bildirib ki, artıq bu gün məhkəməyə müraciət edib:

“Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik. Şərəf və ləyaqətimi alçaltdığına görə ondan üzr istəməsini və 100 min manat təzminat tələb edəcəyik”.

Rəqqasə Fatimə isə açıqlamasında bildirib ki, o, “Xəbərsizsinizmi” verilişində ad çəkməyib:

“Məgər Təranə Qumralın, yaxud Musa Musayevin adını çəkmişəm ki, məni məhkəməyə verirlər? Xeyir ola? Verilişə baxsınlar. Demişəm ki, efirlərdə çıxırlar, biabırçı sözlər olur, ər arvada, arvad ərə deyir. Niyə özlərinə götürürlər ki? Orada Mehriban Xanlarova dedi ki, bildim, Təranə Qumralı deyirsən. Ümumiyyətlə, onlarla yaxınlığım da yoxdur. Neçə vaxtdır onlarla danışmıram da. Hara gedir, verir, versin, özü bilər. Ad çəkməmişəm”.

Qeyd edək ki, rəqqasə sözügedən verilişdə Musa Musayev və Təranə Qumralı nəzərdə tutaraq, bu cür sənət adamlarının şou-biznes nümayəndələrinin adına ləkə olduğunu bildirmişdi:

“Şou-biznes adamlarına heç kim ciddi yanaşmır. Buna da bəzi müğənnilər səbəb olub. Bir müddət əvvəl ər-arvad olan müğənnilərimiz çıxdı. Adlarını belə çəkmək istəmirəm. Ər arvada nələr dedi, arvad ərin ünvanına necə sözlər söylədi. Sonra da çıxıb barışdılar. Ayıbdır... Onlara yaşlı insanlar, uşaqlar baxır. Biabırçılıq idi. Biz efirdə çıxıb belə həyasızcasına danışsaq, hamı da bizə birtəhər baxacaq”.