Aktrisa atasının ölümündən sonra ilk dəfə - fotolar

Aktrisa atasının ölümündən sonra ilk dəfə - fotolar
2250 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun avstraliyalı ulduzu Nikol Kidman atasının ölümündən sonra ilk dəfə Çində "Shanghai Tang” brendinin 20-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə görüntülənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə jurnalistlərin suallarını cavablandıran aktrisa “Bu faciədən sonra bütün ailə üzvlərimiz dərin sarsıntı keçirdi. Heç birimiz belə bir hadisəyə hazır deyildik. Çox dəhşətli idi”, - deyə açıqlama verib.

Xatırladaq ki, Nikol Kidmanın 75 yaşlı atası Antoni Kidman sentyabrın 12-də Sinqapura digər qızı Antoniyanı ziyarət etmək üçün gedərkən yolda ürəktutmasından vəfat etmişdi. Aktrisa atasının ölümündən sonra uzun müddət özünə gələ bilməmişdi.