Fatimə: “Məhkəmə olmayacaq”

Fatimə: “Məhkəmə olmayacaq”
3029 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva müğənni Təranə Qumralla aralarındakı anlaşılmazlığa son qoyub.

 Axşam.az-ın məlumatına görə, sənətçi ifaçıya zəng edərək məsələyə aydınlıq gətirib. Bu haqda F.Fətəliyeva əməkdaşımızla söhbətində deyib:

“Aramızada anlaşılmazlıq olub. Əslində mən verilişdə ad çəkməmişdim. Təranə Qumralla əlaqə saxladım. Danışdıq, aradakı narazılığı həll etdik. Məhkəməyə gəldikdə isə... Məhkəmə olmayacaq. O da bu məsələyə görə narahat olub. İzah etdim ki, ad çəkməmişəm. Problemi həll etdik. İndi aramızda hər şey yaxşıdır”.

Qeyd edək ki, rəqqasə sözügedən ANS-də yayımlanan “Xəbərsizsinizmi” verilişində Musa Musayev və Təranə Qumralı nəzərdə tutaraq, bu cür sənət adamlarının şou-biznes nümayəndələrinin adına ləkə olduğunu bildirmişdi:

“Şou-biznes adamlarına heç kim ciddi yanaşmır. Buna da bəzi müğənnilər səbəb olub. Bir müddət əvvəl ər-arvad olan müğənnilərimiz çıxdı. Adlarını belə çəkmək istəmirəm. Ər arvada nələr dedi, arvad ərin ünvanına necə sözlər söylədi. Sonra da çıxıb barışdılar. Ayıbdır... Onlara yaşlı insanlar, uşaqlar baxır. Biabırçılıq idi. Biz efirdə çıxıb belə həyasızcasına danışsaq, hamı da bizə birtəhər baxacaq”.

T.Qumral isə Publika.az-a açıqlamasında Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdi:

“Şərəf və ləyaqətimi alçaltdığına görə ondan üzr istəməsini və 100 min manat təzminat tələb edəcəyik”.