Bulvara yeni atraksionlar gətiriləcək

Bulvara yeni atraksionlar gətiriləcək
1947 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu yaxında Dənizkənarı Milli Parkda atraksionlar yığışdırılacaq”.

Axşam.az xəbər verir ki, bu barədə aznews.az-a Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, köhnə, istismar müddətini başa vuran karusellər yığışdırılacaq, bunun əvəzində Bulvara yeni, müasir standartlara cavab verən atraksionlar gətiriləcək:

“Artıq bununla bağlı danışıqlar aparılır. Ümumiyyətlə karusellərin gətirilməsi çətin prosesdir. Müqavilə bağlanılır, avadanlıqlar gətirilir, quraşdırılması vaxt aparır. Odur ki, dəqiq vaxt demək mümkün deyil. Amma onu deyə bilərəm ki, yaxın bir neçə ay ərzində iki və ya üç karusel quraşdırılacaq”.

Bulvar İdarəsinin yarandığı gündən atraksionların Avropa ölkələrindən sifariş olunduğunu deyən N.Məcidov əlavə edib ki, son 6 ildə karusellər əsasən Almaniya, Niderland Krallığı və İtaliyadan gətirilir.

Bulvar İradəsində bütün karusellərin sığortalanmasının da qüvvədə qaldığını deyən rəis müavini hələ ki, xoşagəlməz halın olmadığını söyləyib.