Xoşqədəm Hidayətqızı Doğuşla evlənmə xəbərindən danışdı - video

Xoşqədəm Hidayətqızı Doğuşla evlənmə xəbərindən danışdı -  video
13261 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlənmə xəbərlərini təsdiqləyib.

Axşm.az-ın məlumatına görə, bir neçə gündür məsələ ilə bağlı açıqlama verməyən aparıcı "Səni axtarıram" verilişində danışıb:

"Biz bir qərar aldıq. Doğuş öz ölkəsində kifayət qədər tanınan bir insandır. Mən də öz ölkəmdə tanınan biriyəm. Doğuş qərar verdi ki, bunu media bilməsin, öz aramızda olsun. Hər zaman insanlara qeyri-əsmi nikahların, sevgili saxlamalarının əleyhinə olduğumu demişəm. Ciddi, rəsmi ailə qurmaq lazımdır. Normal bir ailə qurmuşam. Bu gün mən normal şəkildə, adət-ənənələrə uyğun, böyüklərin icazəsi ilə ailə qurmuşamsa, bunu alqışlamaq lazımdır. Azərbaycanı heç vaxt tərk etməyəcəm. Doğuşla birlikdə "Səni axtarıram"ı gücləndirəcəyik".

Doğuş isə münasibətlərini gizlətmələrinin səbəbini açıqlayıb:

"Tanınmış olduğumuz üçün bir etdiyimiz on misli kimi görünür. Buna görə də münasibətimizi mediadan gizlətdik.Ən əsası odur ki, xoşbəxtik. Anamla Bakıya gəldik. Bura da mənim ikinci vətənimdir. Türkiyədə də dostlarım toya gəlmək istəyirdi. Ona görə də daha bir toy olacaq. Burada da Məhərrəmlikdən sonra bir yığıncaq edəcəyik. Verilişlə bağlı planlarımız var. Hətta verilişdə olan Fatimə adlı xanıma kömək edəcəm, bütün xərclərini qarşılayacam".

İfaçının anası Nurhayat xanım oğlunun ailə qurmasına çox sevindiyini deyib:

"Hər insan kimi bunlar da bir-birini sevdilər, evləndilər. Mən Xoşqədəmi izləyirdim, ailələri birləşdirirdi, xoşum gəlirdi. Heç oğlumla ailə quracağı ağlıma gəlməzdi. Xoşbəxt oldum. İnşallah bizə çoxlu övladlar verərlər".