Bülənt Ərsoydan brilyant udması xəbərinə münasibət

Bülənt Ərsoydan brilyant udması xəbərinə münasibət
1479 dəfə oxunub
  • A-
  • A
  • A+
“Türk musiqisinin divası” Bülənt Ərsoy brilyant udması ilə bağlı yayılan xəbərlərə açıqlama verib.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, sənətçi, bunun prodüserinin bir zarafatı olduğunu söyləyib:
 
“Prodüserim və dostum Feyzi Siverek jurnalistlərlə zarafatlaşıb. Brilyant udsaydım, əvvəl mədəmə, sonra isə bağırsaqlarıma düşərdi. Mən böyrəyə düşən brilyant görmədim”.

F.Siverek isə “Məndən Bülənt xanım xəstəxanaya aparılanda böyrəyindən hansı daşın düşdüyünü soruşdular. Mən də “yəqin ki, brilyantdır” cavabını verdim”, - deyə açıqlama verib.