Fatih Terimin qızını yenə əsəbləşdirdilər

Fatih Terimin qızını yenə əsəbləşdirdilər
1657 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə milli yığmasının baş məşqçisi Fatih Terimin qızı Busə Terimlə İnstaqram izləyicisi arasında gərginlik yaranıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Volkan Bahçekapılı ilə fotosunu paylaşan Busə izləyicilərdən birinin belə bir şərhi ilə qarşılaşıb:
 
“Bu qadın “ərim” deyəndə, az qalır, özündən getsin. Bu nə deməkdir? Sən, onsuz da, evdə qalmazdın. Allah xoşbəxt etsin”.

B.Terimin bu sözlərə cavabı gecikməyib:

“Qısqanma, otur həzm elə. Əlbəttə ki, sahib olduğum adama “ərim” deyə müraciət edəcəm. Ərə getməmisən, heç olmasa, bu qədər bəlli etmə”.

Digər izləyicilər Busənin tərəfini saxlasalar da, o, bir qədər sonra yazdığı sözləri silib.
Xatırladaq ki, yay tətili zamanı çimərlik geyimində görüntülənən Busə Terim jurnalistlərin onun haqqında yazdıqları “artıq çəkilidir” xəbərlərinə də bərk əsəbləşmiş, mediada kəskin açıqlamalar vermişdi.