Kıvanç Tatlıtuğun 31 yaşı tamam oldu - fotolar

Kıvanç Tatlıtuğun 31 yaşı tamam oldu -  fotolar
1985 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ dünən ad gününü qeyd edib.
 
Axşam.az-ın məlumatına görə, sevənləri 31 yaşı tamam olan aktyoru sosial şəbəkədə mesaj atəşinə tutublar. Kıvança heyran olduqlarını dilə gətirən izləyicilər onu çox sevdiklərini bildiriblər. Fanatlarının bu sevgisi qarşılığında aktyor "Xoş diləkləriniz məni sevindirdi. Yaxşı ki, varsınız!" sözlərini yazıb.

Qeyd edək ki, K.Tatlıtuğun əsl peşəsi basketbolçudur. “Ülkərspor”, “Beşiktaş”, “Fənərbaxça” kimi klublarda oynayan Kıvanç məşqlərdən birində ayağını sındırdığından basketbolçu karyerasını yarımçıq qoymalı olur.

Aktyorun anası bir gün marketlərdən birində model axtarışı ilə bağlı elan gördükən sonra oğlunun şəklini göndərir və onun həyatının dəyişməsinə səbəb olur. Ona edilən təklifləri dəyərləndirən aktyor 2002-ci ildə “Best Model of Turkey” daha sonra isə “Best Model of the World” seçilib. “Gümüş”, “Menekşe ile Halil”, “Aşkı-Memnu” serialları ilə daha da məşhurlaşır. Sonuncu serialdakı Behlül Haznedar xarakteri ilə “Altın Kelebek” mükafatlandırma mərasimində “Ən yaxşı kişi aktyor” seçilir.

Hazırda “Kurt Seyit ve Şura” serialında çəkilir.