Əmrahdan simic olması haqda yayılan xəbərlərə münasibət

Əmrahdan simic olması haqda yayılan xəbərlərə münasibət
2869 dəfə oxunub
  • A-
  • A
  • A+

Öz simicliyi ilə tanınan müğənni Əmrah haqqında yayılan sonuncu şayiələrə əsəbləşib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mediada 8 aylıq hamilə olan xanımı Sibel Kirerin ürəyi ət yemək istədiyindən onu restorana aparan sənətçinin ora getməzdən əvvəl menecerinə tapşırıq verdiyi, ondan rəhbərliyə zəng vuraraq hesabı almamağı xahiş etməyi istədiyi yazılıb.

Xəbərdə deyilənlərə görə, adətən məşhurların tez-tez yollandığı məkana baldızını da aparan Əmrah hesab ödəməməklə yanaşı, masadan bəxşiş belə vermədən qalxıb. 

Lakin müğənni bütün bunların yalan olduğunu, yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Əmrah öz simicliyi ilə artıq ad çıxarıb. O, lüks restoranlara gedərkən dayanacağa pul ödəməmək üçün avtomobilini arxa küçələrdə saxlayır. Hər axşam Bebekdə icarəyə verdiyi məkana gedərək pulsuz şam edir. Anası Aytən Ərdoğana isə avtobuslardan pulsuz istifadə etməsi üçün 65 yaşdan yuxarı qocalar üçün nəzərdə tutulan kart hazırladıb.