Beren Saat 220 min təzminat tələb edir

Beren Saat 220 min təzminat tələb edir
2877 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Beren Saat “GSM” şirkətlərindən birini məhkəməyə verib.
 
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, aktrisa “Fatmagülün suçu ne?” serialındakı bir səhnəsinin həmin şirkətin reklamında icazəsiz istifadə edilməsi səbəbindən rəhbərlikdən 220 min lirə (təxminən 78 min manat) təzminat tələb edib.

Bundan başqa o, orijinal kadrdakı oturduğu yerin görüntüsünü silib əvəzinə tablet kompüterin rəsminin qoyulması ucbatından xalqın nəzərində formalaşdırdığı imicinin pozulduğunu iddia edərək, həmin məbləğin 20 min lirəsini (təxminən 7 min manat) mənəvi təzminat olaraq istəyib.