Olimpiya çempionu qızının atasına ərə getdi

Olimpiya çempionu qızının atasına ərə getdi
1872 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın 32 yaşlı olimpiya çempionu, atlet Yelena İsinbayeva qızının atası, 24 yaşlı nizəatan Nikita Petinova ərə gedib.
 
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyunda ana olan Yelena və Nikita körpələrinə Yeva adını qoyublar.

Y.İsinbayeva dünən idman zallarından birinin açılışında barmağındakı nişan üzüyünü görən jurnalistlərə qızının atası Nikita ilə ailə qurduğunu deyib.