“Gülbənə borcum çoxdur” – keçmiş həyat yoldaşı

“Gülbənə borcum çoxdur” – keçmiş həyat yoldaşı
2229 dəfə oxunub
  • A-
  • A
  • A+

“Uşaqlarımın başqa biri ilə eyni evdə yaşamalarına razı ola bilmərəm” açıqlaması ilə gündəmə gələn “Anadolu Atəşi” rəqs qrupunun rəhbəri, müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan “Həftə sonu” dərgisinə açıqlamalar verib.
 
Axşam.az-ın məlumatına görə, M.Ərdoğan “Gülbən Ərgənlə son zamanlar aranızda baş verənlərlə bağlı nə demək istəyirsiniz?” sualını belə cavablandırıb: “Mən 3 uşağımın anası ilə bağlı pis bir şey söyləyə bilmərəm. Ona borcum çoxdur. Mənə üç övlad bəxş etdiyi, onları düzgün tərbiyələndirdiyi və yaxşı ana olduğu üçün Gülbənə minnətdaram”.

Müğənnin keçmiş həyat yoldaşına cavabı da gecikməyib. Belə ki, müsahibədən bir hissənin şəklini İnstaqram səhifəsində paylaşan Gülbən “Bu, uşaqlarımın atası ilə həyatımızdakı “Ana və Ata” ifadəsinin şəklidir. Mənim də ona təşəkkürüm sonsuzdur. Bəxş etdiyi 3 övlad və belə sayğılı davranışına görə...”.

Qeyd edək ki, Gülbən Ərgənlə Mustafa Ərdoğanın Atlas, Aras və Güney adlı 3 oğlu var.