Dəniz Səki tapıldı – iddia

Dəniz Səki tapıldı – iddia
2761 dəfə oxunub
  • A-
  • A
  • A+
Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilərək haqqında tutulma əmri verilmiş, lakin hələ də ələ keçirilməyən türkiyəli müğənni Dəniz Səkinin yerinin təsbit olunduğu iddia edilir.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, müğənni nə Bursada, nə də Yunanıstanda gizlənirmiş. Onun 5 aydır Tuzlada Bülənt E. adlı bir nəfərdən aldığı üçmərtəbəli villada yaşadığı söylənilir. D.Səki evdən çıxarkən gün eynəyi taxır, qara avtomobildə alış-veriş edir, villada dostları ilə görüşüb, partilər də verirmiş.

Hazırda Bülənt E.nin dindirilməsi və həmin istiqamətdə axtarışlara başlanılması gözlənilir.