“Qadın xəyanət etməməlidir, bu, bağışlanmaz səhvdir” - əməkdar artist

“Qadın xəyanət etməməlidir, bu, bağışlanmaz səhvdir” - əməkdar artist
1180 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Naibə Allahverdiyeva xəyanətdən danışıb.

Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinə qonaq olan aktrisa kişilərin xəyanətinə normal baxdığını deyib:

“Qadın incə məxluqdur. Bəşəriyyətin davamında böyük rol oynayır. Mənim aləmimdə xəyanət edən heç vaxt qadın ola bilməz. Dünya yaranandan kişilər xəyanətkar olub, belə də davam edəcək. Xanım heç cür xəyanət etməməlidir. Bu, bağışlanmaz bir səhvdir. Qadın anadır. Kişiylə onun fərqi böyükdür. Hər ikisi insandır. Amma qadın daha çox yük daşıyır. Kişilərin cinsində, genində xəyanət var. O, nəsildən-nəslə keçir. İslam ölkələrində belə qadını daş-qalaq edirlər. Bir-iki dəfə kişiləri də daşa tutsalar, qorxarlar”.