Məşhur müğənninin anoreksiyadan əziyyət çəkdiyi deyilir – fotolar

Məşhur müğənninin anoreksiyadan əziyyət çəkdiyi deyilir – fotolar
1923 dəfə oxunub
  • A-
  • A
  • A+
"Black Eyed Peas" qrupunun keçmiş solisti, 39 yaşlı müğənni Ferqi ötən gün Los-Anceles küçələrində gəzərkən görüntülənib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının yeni görünüşü hər kəsi təəccübləndirib. Qara, qısa şortik geyinən Ferqinin həddindən çox arıq ayaqları diqqət çəkib. Onun anoreksiyadan (sürətli arıqlama) əziyyət çəkdiyi ehtimal olunur.
 
Ferqi müsahibələrinin birində “İdman özüməinamı yüksəltmək üçün ən önəmli məşğuliyyətimdir. Bu, bir növ, sağlamlığıma və xoşbəxtliyimə sərmayəmdir. İdmanla məşğul olanda bilirəm ki, səhhətim üçün nəsə edirəm”, - deyə açıqlama vermişdi.