Gülayla bağlı 15 fakt: “... Bu vərdişdən əl çəkə bilmirəm"

Gülayla bağlı 15 fakt: “... Bu vərdişdən əl çəkə bilmirəm"
3791 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynallı özü haqda bilinməyən faktları açıb.

Axşam.az sənətçi ilə bağlı 15 faktı təqdim edir:

1. Yağlı yeməkləri sevmirəm.

2. Ən dadlı bişirdiyim yemək yumurtadır.

3. İnsanın rola girməsinə qıcıqlanıram.

4. Səbrli insanam.

5. Mənə məktəbdə “Gülü” deyirdilər.

6. Mən heç uşaqlıq yaşamamışam.

7. Anama həmişə yalan danışıram. Narahat olanda anamdan gizlədirəm. O isə hiss edib necə olduğumu soruşur. Yalandan deyirəm ki, əlayam.

8. Arzularımı və problemlərimi heç vaxt kiməsə söyləmirəm.

9. Telefonu heç vaxt çantama qoymuram.

10. Hamıya ürək yandırıram, bu vərdişdən əl çəkə bilmirəm.

11. Nə olsa belə, yol hərəkəti qaydalarını pozmuram.

12. Kamil də mənim kimi (həyat yoldaşı, idmançı Kamil Zeynallı – red.) hamıya inanır, onun bu xasiyyətini xoşlamıram.

13. Romantik deyiləm. Çox diqqətciləm.

14. Qızıma heç vaxt imkan vermərəm ərköyün olsun.

15. Hər şeyin yerini bilən, amma söz götürməyən biriyəm.