Prezidentin oğlu olacaq

Prezidentin oğlu olacaq
1617 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və onun xanımı Maka Çiçuanın övladı olacaq.

Axşam.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Çiçua “Rustavi-2” telekanalına müsahibəsində bildirib:

“Bizim artıq iki qız övladımız var. Məlum oldu ki, üçüncü övladımız oğlan olacaq”.

Qeyd edək ki, bu ilin sentyabrın 10-da Gürcüstan Prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmi nikaha girib.

Marqvelaşvili ikinci dəfə ata olacaq. Onun qızının adı Anna, Çiçuanın isə Maşodur.

G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayıblar. Onları vaxtilə övladları Maşo və Anna tanış ediblər.