Mülayim hava şəraiti davam edəcək

Mülayim hava şəraiti davam edəcək
1104 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda nisbətən mülayim hava şəraiti oktyabrın 30-da və 31-də də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, bəzi şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.