Suğra Bağırzadədən xanımlara gözəllik məsləhətləri

Suğra Bağırzadədən xanımlara gözəllik məsləhətləri
2469 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Suğra Bağırzadə cavanlıq sirrini açıb.

Axşam.az-ın məlumatına görə, hər zaman gənc siması ilə diqqət çəkən aktrisa “Düzünü desək” verilişində xanımlara məsləhətlər verib:

“İki qızım, dörd nəvəm var. Özünə qulluq vərdiş olmalıdır. Bu vərdiş olmasa, özünü qoruya bilməyəcəksən. Universitetdə oxuyandan bu günə kimi idmanla məşğul oluram. Mənə nə lazımdırsa, vərdişə çevirmişəm. Maska etmək çətin deyil. Bananı əzib, içərisinə 5 damcı vitamin A və E töküb, təmiz dəriyə sürtüb 20 dəqiqə saxlayın. Bu, Sofi Lorenin maskasıdır. Aloeni kəsib, 2 gün soyuducuda saxlayıb, suyunu üzə sürtün. Bu isə Kleopatranın maskasıdır. Bunlar çətin deyil. Pəhriz sözünü başa düşmürəm. Axşam saat 7-dən sonra yemək yemirəm”.