Hələ də keçmiş həyat yoldaşını sevdiyini etiraf etdi - fotolar

Hələ də keçmiş həyat yoldaşını sevdiyini etiraf etdi - fotolar
4071 dəfə oxunub
  • A-
  • A
  • A+
Avstraliyalı top model Miranda Kerr “Elle” jurnalının yeni buraxılışı üçün fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, o, keçmiş həyat yoldaşı, Hollivud uldzu Orlando Blumu hələ də sevdiyini etiraf edib. Miranda deyib ki, ayrı yaşamalarına baxmayaraq, onların hər ikisi üçün 3 yaşlı oğulları Flippin xoşbəxtliyi prioritetdir:
 
“Biz boşansaq  da, hazırda yaxşı dostuq. Qayğımıza qalırıq və səmimi qəlbdən bir-birimizə xoşbəxtlik arzulayırıq”.

Qeyd edək ki, Miranda ötən həftə milyarder Stiv Binqlə görüntülənmiş və onun Malibudakı mənzilində qalmışdı.