Gövhər Həsənzadədən mahnılarını baha satması xəbərinə açıqlama - video

Gövhər Həsənzadədən mahnılarını baha satması xəbərinə açıqlama - video
978 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Gövhər Həsənzadə mahnılarını baha satması ilə bağlı yayılan xəbərlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, bəstəkar “Onlar” verilişinə açıqlamasında yerli müğənnilərin əksəriyyətinə bəstələrini təmənnasız verdiyini bildirib:

“Necə öz müğənnimizə pulla mahnı sata bilərəm? Çıxıb biri desin ki, Gövhər pula görə mənə bəstə vermədi. Heç vaxt belə hal ola bilməz. İfaçıların 99 faizinə mahnını təmənnasız verirəm. Öz millətimin nümayəndəsidir, oxusun da. Heç vaxt müğənniyə bəstəmi təqdim edəndə deməmişəm ki, al, bu qədər ödə. Aranjiman bahadır, pul ona gedir. Müğənnilərimiz bu gün zövqlü mahnı oxumaqdansa, toya işləyirlər. Heç kim mənim üstümə gəlib, toy mahnısı istəməsin. Bazara işləmirəm. Mən radiolar üçün yazıram. Toy mahnısı yazmaq da çətindir, istedad tələb edir. Mən bunu bacarmıram. Müğənnilərə məsləhət görərdim ki, bir az ifalarına fikir versinlər. Əvvəl başqa ifa tərzi ilə oxuyub, sonradan dəyişməsinlər”.