“Qısqanc deyiləm ”

“Qısqanc deyiləm ”
1253 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Ədalət Şükürov həyat yoldaşını qısqanmır.

Axşam.az-ın məlumatına görə, müğənni bunu “Hər şey daxil” verilişində deyib:

“Qısqanc deyiləm. Hardasa dostlarımızla bir yerdə oturanda xanımımı qısqanmıram. Dostum həyat yoldaşımı rəqsə dəvət etsin, mən onun xanımını oynamağa çağırım - belə hallara pis baxmıram. Bunlara normal yanaşıram. Burada nə var ki, dost məclisindəyik. Amma qısqanılmaq xanımların xoşuna gəlir. Mənim kiminsə uğuruna da qısqanclığım olmur. Uşaqlıqdan heç vaxt ehtiyac içində böyüməmişəm. Anam hər zaman mənə ən yaxşı geyimi geyindirib, ətiri vurub. Dostlarım ev, maşın alanda məndən məsləhət istəyir. Şad oluram, pis gözlə baxmıram”.